AZ

“Əl-Cəzirə”: İran İsrailin nüvə obyektinə zərbə endirə bilər

BAKI, 21 iyun. TELEQRAF

İran iki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.

Kanalın adını açıqlamadığı İran rəsmisi bildirib: “Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər".

Seçilən
19
7
teleqraf.com

10Mənbələr