AZ

Nazim Sadıxov: "Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir"

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qələbə qazanan Nazim Sadıxov təəssüratlarını bölüşüb.

"Report"un məlumatına görə, o, qalib gəldiyi görüşdən sonra açıqlama verib.

N.Sadıxov Azərbaycanda onu məğlub etməyin çox çətin olduğunu deyib:

"Azərbaycandayıq. Əgər məni kimsə burada məğlub etmək istəyirsə, tapança ilə gəlməlidir. Burada ancaq qələbə qazammalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim bu Azərbaycanla döyünür".

Qeyd edək ki, Nazim Sadıxov braziliyalı Nikolas Mottanı məğlub edib.

Seçilən
17
9
report.az

10Mənbələr