AZ

İran İsrailin nüvə obyektinə zərbə endirə bilər - KİV

İki ölkə arasında münaqişənin kəskinləşəcəyi təqdirdə, İran İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirməyi düşünür.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.

“Münaqişə yeni səviyyəyə qalxarsa, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, - deyə adı açıqlanmayan mənbə bildirib.

O həmçinin İsrail tərəfinin İranın zərbələrinin ciddi ziyan vurması faktını gizlətdiyini iddia edib.

Seçilən
35
1
qafqazinfo.az

10Mənbələr