Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Klublararası dünya çempionatı çərçivəsində İtaliya "İnter"i ilə Yaponiyanın "Urava Red Daymonds" komandalarının qarşılaşdığı oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, E qrupunun 2-ci tur matçında "neradzurri" 2:1 hesabı ilə qalib gəlib.
Ryoma Vatanabi 11-ci dəqiqədə "Urava Red Daymonds"u hesabda irəli çıxarıb. 78-ci dəqiqədə Lautaro Martines hesabı bərabərləşdirib. İtaliya təmsilçisi son dəqiqələrdə geridönüşə nail olub. Qələbə qolunu 90+2-ci dəqiqədə Valentin Karboni vurub.
Xatırladaq ki, ilk turda "İnter" Meksika "Monterrey"i ilə bərabərə qalıb (1:1), "Urava Red Daymonds" isə Argentina "River Pleyt"inə uduzub (1:3).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.