AZ

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev UFC-dəki debüt görüşündə qırğızıstanlı Mıktıbek Orolbay ilə qarşılaşıb.

Yüngül çəki reallaşan görüş Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.

Seçilən
12
31
fanat.az

10Mənbələr