BAKI, 22 iyun. TELEQRAF
Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk şəhərinə 7 zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Kramatorsk Şəhər Şurası məlumat yayıb.
Bildirilir ki, həm sənaye zonası, həm də yaşayış məntəqələri atəşə tutulub.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Xilasedicilər dağıntılar altında daha bir nəfərin axtarışlarını davam etdirirlər. Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Eyni zamanda Slavyansk da atəşə tutulub. Hücum nəticəsində 17 yaşlı yeniyetmə ölüb, 3 nəfər yaralanıb. 32 fərdi yaşayış evinə, iki inzibati binaya, dörd yaşayış binasına, bir sənaye binasına və üç avtomobilə ziyan dəyib.