Bakıda keçirilən UFC Döyüş Gecəsindən sonra qurumun prezidenti Deyna Uayt mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Mütləq Döyüş Çempionatının prezidenti gecənin döyüşünü Nazim Sadıxov – Nikolas Motta olduğunu açıqlayıb:
“Bu gün 40424 azarkeş iştirak etmişdi. Gecənin döyüşü isə Nazim Sadıxov – Tiaqo Motta qarşılaşmasıdır. Onlar hərəsi 100 000 dollar qazanacaq. Təkcə mən deyil, bütün hər kəs bu tədbiri bəyəndi. İndiyə qədər buranın adını eşitməmişdim. Şəhər gözəldir., hotellər əladır, yeməklər dadlıdır, insanları istiqanlıdır. Möhtəşəm bir macəra idi. UFC-nin Bakıda keçirilməsi ilə bağlı danışıqların necə başladığını bilmirəm. Burda baş tutduğu üçün şadam. Hamı buranı sevir”.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən və bir daha Bakıya qayıtmaq ehtimalından danışıb:
“Bəli, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük. Hiss edirəm ki, bura bir də qayıdacağıq. Nazim Sadıxov və Nikolas Motta döyüşü mükəmməl idi. I raundda zərbələr alması, sonra geridönüşü super idi. Hər iki döyüşçü əla çıxış etdi. İkisi də bonusa layiqdir. Nazim bu döyüşdən sonra ilk “15-liy”ə layiqdirmi? Bu, sizə - mediaya bağlıdır. O, möhkəm oğlandır. Bunu deyə bilərəm ki, bu gecəki döyüşdə hər ikisi əla pul qazandı”.
D.Uayt Tofiq Musayevin uduzduğu qırğız döyüşçünün də bonusa layiq olub-olmadığı barədə suala sərt cavab verib:
“O çəkini verə bilmədi. Mənə deyir ki, dünya çempionu olmaq istəyirəm. Çəki verə bilmirsənsə, necə olacaqsan? 10 pound sala bilmədi”.
“Rafael qalib gəldi, daha sonra Castin Qeyci kimi güclü rəqiblərə qarşı çıxış edəcək? sualını UFC prezidenti belə cavablayıb:
“Onun küncdə geridönüş edib, döyüşməsindən zövq alıram. Növbəti rəqibi özündən, necə hiss etməsindən asılı olacaq. Bəli, o, daha yüksək reytinqli döyüşçülərə qarşı çıxış edəcək”.