AZ

ABŞ İranı bombalamazdan öncə Tramp Netanyahu ilə danışıb

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana zərbələrindən bir neçə saat əvvəl telefon danışığı aparıblar.

AzNews.az bu barədə İsrail mediasına istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ hərbi qüvvələri İranın üç nüvə obyektinə bomba atıblar.

“İranda Fordow, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu başa vurduq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır”, - bu açıqlamanı ABŞ prezidenti Tramp Truth Social-da yazıb.

Tramp əlavə edib ki, “Fordow əsas obyektinə yetərincə BOMBALAR atılıb.”

Seçilən
41
46
aznews.az

10Mənbələr