AZ

Tramp: İran müharibəyə son qoymağa razı olmalıdır

BAKI, 22 iyun. TELEQRAF

Tehran münaqişəni dayandırmağa razı olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Prezident Donald Tramp ABŞ-nin İrana zərbələrindən sonra bildirib.

"Mən saat 22:00-da (Bakı vaxtı ilə 06:00) İrandakı çox uğurlu hərbi əməliyyatımızla bağlı Ağ Evdə xalqa müraciət edəcəyəm. Bu, ABŞ, İsrail və dünya üçün tarixi məqamdır. İran bu müharibəyə son qoymağa razı olmalıdır", - Vaşinqton administrasiyasının rəhbəri "Truth Social"dakı səhifəsində yazıb.

Bundan əvvəl o, ABŞ Hərbi Hava Qüvvələrinin “İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə” uğurlu hücum həyata keçirdiyini bildirib. O qeyd edib ki, ABŞ-ın bütün təyyarələri “İran hava məkanından çıxıb” və “evə sağ-salamat qayıdırlar”.

Seçilən
48
50
teleqraf.com

10Mənbələr