AZ

İran rəsmisi: “Zərbələrdən ciddi ziyan olmadı – materiallar əvvəlcədən çıxarılmışdı”

Musavat.com xəbər verir ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra Tehran tərəfinin ilk açıqlamalarından biri dövlət televiziyasının siyasi direktorunun müavini Həsən Abedinidən gəlib.

İranın rəsmi dövlət kanalında çıxış edən Abedini bildirib ki, hücumlar nəticəsində İranın strateji obyektlərinə ciddi ziyan dəyməyib. Onun sözlərinə görə, hücumun hədəfi olan obyektlərdən nüvə proqramı ilə əlaqədar əsas materiallar daha əvvəl təhlükəsizlik məqsədilə çıxarılıb:

“Zərər çəkilən obyektlərdə saxlanılan materiallar vaxtında digər təhlükəsiz zonalara köçürülmüşdü. Hücum nəticəsində maddi itkilər var, lakin hərbi və texnoloji baxımdan ciddi zərbə vurulmayıb.”

Bu açıqlama İran cəmiyyətində və beynəlxalq müşahidəçilər arasında birmənalı qarşılanmayıb. Bir çox ekspertlər hesab edir ki, Tehran rejimi real zərərin miqyasını gizlətməyə çalışır və ictimaiyyəti sakitləşdirmək məqsədilə bu cür bəyanatlar verir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu gün səhər saatlarında ölkəsinin Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç əsas nüvə obyektinə uğurlu hava əməliyyatı keçirdiyini bəyan edib. Onun sözlərinə görə, əsas hədəf olan Fordo kompleksinə tam miqyaslı bomba zərbəsi endirilib və təyyarələr artıq İran hava məkanını tərk edərək təhlükəsiz şəkildə bazalarına qayıdıblar.

Bunun ardınca, The New York Times nəşri yazıb ki, Fordo obyektinə endirilən zərbə zamanı 30 tondan artıq xüsusi bunker əleyhinə bomba istifadə olunub.

Hazırda İran hökuməti rəsmi zərər hesabatını ictimaiyyətə təqdim etməyib. Bununla belə, dövlət televiziyasının nümayəndəsinin bu açıqlaması Tehranın mümkün cavab tədbirləri öncəsi daxili sakitliyi qorumağa çalışdığı ehtimalını gücləndirir.

Musavat.com

Seçilən
33
43
musavat.com

10Mənbələr