AZ

BMT Baş katibi: “ABŞ nin İrana zərbələri beynəlxalq sülhə birbaşa təhdiddir”

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələri sərt tənqid edib.

Bakupost xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbəri sosial şəbəkədə paylaşım edib.

“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiyadır və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid təşkil edir”, – Quterriş qeyd edib.

Baş katib əlavə edib ki, hazırkı vəziyyətin nəzarətdən çıxma riski artmaqdadır və bu, bütün dünya üçün fəlakətli nəticələrə yol aça bilər.

O, BMT-yə üzv dövlətləri vəziyyəti gərginləşdirməməyə və beynəlxalq hüquqa sadiq qalmağa çağırıb:

“Bu təhlükəli saatda xaosdan qaçmaq çox vacibdir. Hərbi həll yolu yoxdur. Yeganə çıxış yolu diplomatiyadır. Yeganə ümid isə sülhdür”, – Quterriş vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
www.bakupost.az

10Mənbələr