Bakıda keçirilən "UFC Fight Night" yarışında gecənin performansı mükafatını azərbaycanlı Nazim Sadıqovla braziliyalı Nikolas Motta qazanıb .
İdman.biz xəbər verir ki, onların arasında baş tutan qarşılaşma gecədə ən baxımlı döyüşü olub.
Birinci raundda rəqibinə uduzan Azərbaycan təmsilçisi növbəti hissədə Mottaya nokautla qalib gəlib.
Bu səbədən idmançıların hər biri UFC rəhbərliyi tərəfindən 100 min ABŞ dolları məbləğində bonusla mükafatlandırılıb.
İdman.biz