AZ

Yevlaxda məktəblinin meyiti tapıldı

BAKI, 22 iyun. TELEQRAF

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 9-cu sinif şagirdinin meyiti tapılıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış Qrupu 2010-cu il təvəllüdlü, Mingəçevir şəhər sakini Hüseyn Sübhanoviç Rəsulovun cəsədini Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
2
teleqraf.com

10Mənbələr