AZ

Taksidə əxlaqsız təkliflər – iki sürücüyə cərimə kəsildi - VİDEO

Taksidə

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur. Bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev paylaşım edib.O qeyd edib ki, polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla "Toyota" markalı 90-YL-396, "Mercedes-Benz" markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər:"Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir. Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya "102" Zəng Mərkəzinə məlumat versinlər".Ulusum.az

Diqqət Çəkənlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub - FOTO

Qoxu itkisi Alzheimer və Parkinsonun xəbərçisi ola bilər

Un az, yağ az, dad çox – kəsmikli kökə

Seçilən
28
11
ulusum.az

10Mənbələr