AZ

Hərakat: ABŞ-nin Qırmızı dənizdəki qüvvələrinə hücum edəcəyik

BAKI, 22 iyun. TELEQRAF

"ABŞ-nin İrana hücumuna cavab olaraq Qırmızı dənizdəki qüvvələrinə zərbələr endirəcəyik".

Teleqraf xəbər verir ki, bunu Yəmənin Husilər hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Buheiti deyib.

"Bizim hərbi cavabımız gəlir. Birinci mərhələ Qırmızı dənizdəki Amerika qüvvələrinə hücum olacaq. Biz bu təcavüz dayanana qədər münaqişənin miqyasını genişləndirəcəyik. ABŞ və Husilər arasında mövcud olan atəşkəs sazişinin müddəti başa çatıb", - deyə o bildirib.

Qeyd edək ki, may əvvəlində ABŞ Administrasiyası və "Ənsar Allah" hərəkatı Omanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdi. Razılaşmaya əsasən, ABŞ Yəmən ərazilərinə hücumları dayandırmış, Husilər isə ABŞ hərbi gəmilərinə qarşı hücumlara son qoymuşdu

Seçilən
18
teleqraf.com

1Mənbələr