AZ

Bakıdakı UFC turnirinin əsas döyüşü sərt tənqid edildi

BAKI, 22 iyun. TELEQRAF

Rusiyalı MMA döyüşçüsü, UFC-nin yarımağır çəkidə çempion Maqomed Ankalaev Bakıda keçirilən UFC turnirinin əsas döyüşünü sərt tənqid edib.

Teleqraf xəbər verir ki, 33 yaşlı idmançı ABŞ-dan olan Xalil Rauntrinin həmyerlisi Camal Hilli hakimlərin yekdil qərarı ilə məğlub etməsinə münasibət bildirib.

“Mən yuxulayıram. Bu, karate deyil, pis idman ustalığıdır”, – deyə Ankalayev sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Maqomed Ankalaev MMA-da 23 döyüş keçirib və 21 qələbə qazanıb. O, UFC-də çəki dərəcəsindən asılı olmayaraq, döyüşçülərin reytinqində 6-cı pillədə qərarlaşıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr