AZ

Həcc ziyarətindən dönərkən təyyarədə halı pisləşərək xəstəxanaya yerləşdirilən zəvvar VƏFAT ETDİ

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Həcc ziyarətindən dönərkən təyyarədə halı pisləşərək xəstəxanaya yerləşdirilən zəvvar Tural Mehdiyev vəfat edib.

Oxu.Az-ın məlumatına görə, uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən pilotlar təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıblar. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar. Sonra isə vəziyyəti stabilləşən zəvvar Bakıya gətirilib.

Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, yenidən halı pisləşən zəvvarı xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
12
oxu.az

10Mənbələr