AZ

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

Klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, ABŞ-də təşkil olunan yarışda bu gün 2-ci tura yekun vurulacaq. 

"Yuventus" Mərakeşin "Vidad" kollektivi ilə üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq. 

Ardınca "Real Madrid" Meksika təmsilçisi "Paçuka"nı sınağa çəkəcək. 

Bundan başqa, saat 02:00-da "Zalsburq" (Avstriya) - "Əl-Hilal, 05:00-da isə "Mançester Siti" (İngiltərə) – "Əl-Əyn" (BƏƏ) görüşləri baş tutacaq. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Seçilən
20
fanat.az

1Mənbələr