AZ

İrandan İsrailə yeni raket dalğası: Azı 16 nəfər yaralanıb

İran tərəfindən atəşə tutulma nəticəsində İsraildə azı 16 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Magen David Adom" ("Davidin qırmızı qalxanı") milli təcili yardım xidməti məlumat yayıb.
 
Həkimlər 16 xəsarət almış şəxsi xəstəxanalara çatdırıblar.
 
Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti orta ağır qiymətləndirilir, o, qəlpə yaraları alıb.
 
09:52
 
 
İranın İsrailə 30-a yaxın raket buraxmasından sonra Hayfa və Təl-Əvivdə güclü partlayışlar baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
 
"İranın ballistik raketlərindən biri Hayfada yaşayış binalarının yaxınlığına düşüb. Qalın qara tüstü görünür", - deyə bildirilir.
 
Ən azı iki nəfər yaralanıb. Axtarış əməliyyatları davam etdirilir. Yaşayış binasına ciddi ziyan dəyib. Raket qalıqlarının düşdüyü ən azı on yer məlumdur.
 
İsraildə yeni raket təhlükəsi elan edilib.
 
 
 
09:18
 
ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi fonunda İsrail Müdafiə Ordusu (SAXAL) İrandan raketlərin buraxılması barədə məlumat yayıb.
 
Moderator.az bu barədə SAXAL-ın "Telegram" kanalına istinadla xəbər verir.
 
Bildirilir ki, müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır.
 
SAXAL-ın məlumatında o da vurğulanır ki, sığınacaqları tərk etmək yalnız aydın göstərişlərdən sonra mümkündür.
 
Seçilən
9
33
moderator.az

10Mənbələr