Bakı. Trend:
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sursat aşkaredilib.
Trend xəbər verir ki,məlumatla əlaqədər Fövqəladə Hallar Nazirliyinin Xüsusi RiskliXilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupuhadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar olunmuşsursatların 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 55ədəd 5,45 mm-lik mərmi və 1 ədəd AK-74 avtomatının darağı olduğumüəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.