ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranda radiasiya sızması aşkar edilməyib.
Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, İslam Respublikasının Atom Enerjisi Təşkilatı dərhal lazımi yoxlamalar həyata keçirdib.
Agentliyin açıqlamasında bildirilir ki, İranın Atom Enerjisi Təşkilatı ABŞ-ın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar etməyib.
Əhali üçün heç bir təhlükə olmadığı bildirilib.