AZ

Kanalda batan 15 yaşlı Hüseynin meyiti TAPILDI

Yevlaxda kanalda batan 15 yaşlı məktəblinin meyiti tapılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, Mingəçevir şəhər sakini Hüseyn Rəsulovun cəsədini Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc-Axtarış qrupunun əməkdaşları Yuxarı Qarabağ kanalının rayonun Tanrıqulular kəndi yaxınlığından keçən hissədə – batdığı yerdən təxminən 15 kilometr aralıda aşkar edərək sudan çıxarıb.

Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./“Qafqazinfo”

Seçilən
14
5
bakivaxti.az

10Mənbələr