AZ

"Araz-Naxçıvan"ın rəqibi üçüncü transferini reallaşdırdı

BAKI, 22 iyun. TELEQRAF

Yunanıstanın “Aris” klubu üçüncü futbolçu transferini gerçəkləşdirir.

Teleqraf xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi Pedro Alvaro müqavilə bağlamaq üçün Salonikiyə gəlib.

Portuqaliyanın "Eştoril" klubunun sabiq futbolçusu tibbi müayinədən keçdikdən sonra 3 illik sözləşməyə imza atacaq.

Klub daha öncə Taso Donis ilə Noa Fandiganı transfer edib.

Qeyd edək ki, "Aris" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq. İlk oyun iyulun 24-də Bakıda, cavab qarşılaşması iyulun 31-də Salonikidə olacaq.

Seçilən
42
teleqraf.com

1Mənbələr