Biz Yəmən Respublikasının Silahlı Qüvvələrinin (Husi qüvvələri nəzərdə tutulur – red.) Qırmızı dənizdə ABŞ gəmilərini hədəf almağa hazır olduqları barədə bəyanatına sadiqliyini təsdiqləyirik.
Axar.az xəbər verir ki, bu barədə husilərin ABŞ-ın İrana zərbə endirməsindən sonrakı bəyanatında bildirilib.
Qeyd edək ki, husilər ötən gün ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə Qırmızı dənizdə ABŞ gəmilərini hədəf alacaqlarını açıqlamışdılar.