Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Neftçilər" metrosunun yaxınlığında zəncirvari qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, zəncirvari toqquşma nəticəsində 4 avtomobilə ciddi ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.