AZ

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ


“Araz-Naxçıvan” daha bir  transfer  reallaşdırıb.
 
Fanat.Az
xəbər verir ki,bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qarabağ"dan ayrılan Patrik Andrade kariyerasını Naxçıvan təmsilçisində  davam etdirəcək. 

Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb.

O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivu da Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”, “Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”, Serbiyanın “Partizan” klublarında çıxış edib.

O, ötən mövsümü “Qarabağ”ın heyətində keçirib.

Futbolçu 2020-ci ildən Kabo-Verde millisində 20 oyun keçirib.

Xatırladaq ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Seçilən
14
20
fanat.az

10Mənbələr