BAKI, 22 iyun. TELEQRAF
Lənkəranda yük avtomobili minik avtomobili ilə toqquşub.
Teleqraf xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.
Hərəkətdə olan olan "Ford"markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.