AZ

Xoşbəxtəm ki, vətənimdə qələbə qazandım

ain.az, Milli.az portalına istinadən məlumat verir.

UFC Döyüş Gecəsində İqnasio Bahamondes üzərində qələbədən sonra Rafael Fiziyev jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, idmançı təəssüratlarını bu sözlərlə dilə gətirib.

"Ölkəmdə qalib gəldiyim üçün çox şadam. 3 dəfə məğlub olmuşdum. Qalib gəlmək istəyirdim. Rəqibin mənə yeni nə öyrədəcəyini bilmirdim. Rəqibi yerə yıxmaq istəyirdim, bunu etdim. Azarkeşlər məndən dava gözləyirdi, qərara gəldim ki, etməyim, döyüş planıma sadiq qalım. Növbəti rəqibim kimi Den Hukeri görmək istərdim. Hündür oğlanlara qarşı döyüşməyi xoşlayıram. Onun tutduğu yeri almaq istəyirəm. Bu gün mənim küncümdə atam idi. Bundan əvvəlki döyüşlərdə atam olsa da, məğlub olmuşdum. Vətənimdə insanların mənə olan isti münasibəti qalib gəlməyim üçün əlavə motivasiya oldu".

Tural

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
news.milli.az

1Mənbələr