Azərbaycan milli komandası iyunun 24-də Sloveniyanın Maribor şəhərində start götürəcək atletika üzrə komandalar arasında Avropa çempionatına geniş heyətlə qatılıb.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Yığma Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, iki günlük yarışın yekunda ilk 3 yeri tutan komandalar 2-ci Diviziona yüksələcək.