AZ

“Turan Tovuz” nigeriyalı müdafiəçi ilə danışıq aparır

Növbəti mövsümə hazırlaşan “Turan Tovuz” yeni transferə hazırlaşır.

Bizim.Media xəbər verir ki, klub nigeriyalı mərkəz müdafiəçisi Sodika Raşidlə danışıq aparır.

Son mövsümü Şimalı Makedoniyanın “Rabotniçki” klubunda keçirən futbolçunun müqaviləsi artıq başa çatıb.

“Turan Tovuz”la ilkin razılıq əldə edən nigeriyalının yaxın günlərdə Azərbaycana gəlməsi gözlənilir.
Qeyd edək ki, Sodika Raşid Nigeriya və Rusiya klublarının da formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr