AZ

Papadan müharibələrlə bağlı çağırış

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibə faciəsini düzəlməz uçuruma çevrilməmiş dayandırın.

"Unikal" xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.

Roma Papası beynəlxalq ictimaiyyəti və diplomatiya üzvlərini silahları susdurmağa, geri dönüşü olmayan yola çıxmazdan əvvəl ağılla və məsuliyyətlə davranmağa çağırıb:

“Yaxın Şərqdə gərginlik maksimum səviyyədədir. Həyəcanlı xəbərlər bir-birini izləyir, xüsusən də İrandan. Müharibə problemləri həll etmir, əksinə onları gücləndirir və xalqların tarixində dərin yaralar açır. Heç bir silahlı qələbə anaların ağrısını, uşaqların qorxusunu və oğurlanmış gələcəyi kompensasiya edə bilməz. Bəşəriyyət qışqırır və sülhə çağırır. Qoy diplomatiya silahları susdursun”.

Papa Leo Qəzzadakı vəziyyətdən narahatlığını ifadə edib, humanitar dəstəyin aktuallığının getdikcə daha çox artdığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
unikal.az

10Mənbələr