AZ

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənməkdə olan münaqişədən dərin narahatlıq keçirdiyini bildirib və dünya liderlərini məsuliyyətli davranmağa, müharibəni dayandırmağa çağırıb.

BAKU.WS xəbər verir ki, Müqəddəs Pyotr meydanında dindarlara müraciət edən Papa bildirib:

"Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir. Bu dramatik mənzərəyə İsrail və Fələstin də daxildir."

Pontifik vurğulayıb ki, silahlı qarşıdurmalardan ən çox əziyyət çəkən mülki əhalidir. Onun sözlərinə görə, xüsusilə Qəzza və digər bölgələrdə humanitar yardıma ciddi ehtiyac yaranıb.

"Hər bir lider mənəvi məsuliyyət daşıyır. Müharibə fəlakətinə dərhal son verilməlidir. Müharibə heç bir problemi həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar buraxır. Diplomatiya hər zaman silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh üzərində qurula bilər", – deyə XIV Leo bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
baku.ws

10Mənbələr