AZ

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

"Kəpəz"in yay hazırlıq planı məlum olub.

Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Adil Şükürov bu barədə klubun mətbuat xidmətinə danışıb.


O, hazırlıq üçün ölkə xaricinə yollanmayacaqlarını deyib: "İyun ayının 30-da komanda Gəncədə hazırlığa start verəcək. Klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var. 10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq".

Baş məşqçi hazırlıq müddətində 5 yoxlama oyunu keçirəcəklərini də bildirib. O, rəqiblər haqqında qaşıdakı günlərdə məlumat veriləcəyini qeyd edib.

Seçilən
2
3
fanat.az

4Mənbələr