Türkiyəli jurnalist Fatih Altaylı həbs edilib.Bu barədə Türkiyə KİV xəbər verir.
Altaylı şəxsi yutub kanalında çəkdiyi videoda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etdiyi iddiası ilə İstanbul Baş Prokurorluğu tərəfindən “prezidenti hədələmək” ittihamı ilə saxlanılmışdı.
***
Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.Bu barədə İstanbul Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, Altaylı iyunun 20-də özünün “YouTube” kanalında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bununla bağlı olaraq jurnalist haqqında istintaq başladılıb.