ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra İran da hərəkətə keçərək İsrailə raket zərbələri endirib. Bildirilir ki, İsrailə doğru 40 raket buraxılıb, onlardan azı 10-nun İsrailin müdafiə sistemini aşaraq hədəflərə dəydiyi bildirilir.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) polkovniki İman Tacikin sözlərinə görə, əməliyyatın effektiv olması və daha dağıdıcı olması məqsədilə ilk dəfə olaraq bir neçə başlıqlı “Xeybərşekən” ballistik raketindən istifadə olunub.
Tacik deyib ki, “Ben Qorion” aeroportu, İsrailin Bioloji Tədqiqat Mərkəzi, Nəzarət və Komandanlıq Alternativ Mərkəzləri İranın uzaqdan idarə olunan yüksək dağıdıcı qabiliyyətə malik raketləri tərəfindən vurulub.
ZÜMRÜD