Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Bekzat Səttarxanov adına yeni idman kompleksinə səfəri maraqlı faktı açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Akorda.kz" dövlət başçısının gənc futbolçularla görüşdə dediklərini belə çatdırıb:
"Mənim nəvəm də futbolçudur. O, qapıçıdır".
Prezident çoxfunksiyalı mərkəzin infrastrukturu və imkanları ilə də tanış olub.
Kompleks özəl investorun vəsaiti hesabına tikilib və bu il istifadəyə verilib. Buraya futzal, voleybol, basketbol, boks, cüdo və digər döyüş növləri üçün zallar daxildir.
Mirağa