"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Türkiyənin "Qalatasaray" klubuna keçidi gündəmdə olan yarımmüdafiəçi İlkay Gündoğanla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritso Romano belə çatdırıb:
"Gündoğan? Bu barədə heç nə bilmirəm. Eyni zamanda, hazırda komandada həddən artıq çox oyunçu var. Amma İlkay planlarımdadır və komandanın bir hissəsidir".
"Qalatasaray"ın türk əsilli almaniyalı futbolçunu transfer etmək istədiyi və ona 2 illik müqavilə təklif etdiyi bildirilir.