
Hilton ailəsinin varisi kimi tanınan 44 yaşlı DJ və reallıq şou ulduzu Paris Hilton, əvvəllər aktyor Mark Volberqin sahibi olduğu evi 63 milyon dollara alıb. Mark Volberq 2023-cü ildə 12 yataq otaqlı və 20 hamamlı bu evi 55 milyon dollara satmışdı. İki il sonra isə böyük bir mənfəət əldə etmiş oldu.2,800 kvadratmetrlik ev, Adele, Justin Bieber, Denzel Washington, Rod Stewart və Eddie Murphy kimi məşhurların da yaşadığı xüsusi Beverly Park məhəlləsində yerləşir.Böyük malikanədə hər şey var: hovuz, böyük açıq havada idman meydançası, qolf sahəsi, ev kinoteatrı, iki mərtəbəli kitabxana, peşəkar idman zalı və digər rahatlıqlar mövcuddur.2011-ci ildə Karter Rium ilə evlənən Paris Hiltonun surroqat ana vasitəsilə dünyaya gəlmiş iki uşağı var. Oğlu Feniks Barron 16 yanvar 2023-cü ildə dünyaya gəlib. Oğlunun bir yaşını tamamlamamış qızı Londonun da dünyaya gəldiyi açıqlanıb.Paris Hiltonun ailəsi ilə yeni evə nə vaxt köçəcəyi hələlik məlum deyil.Ulusum.az
Diqqət Çəkənlər
İsrail və ABŞ hücumu 20 ildir masadadır – Knaysl xəbərdarlıq edir
Hayfaya birbaşa zərbə – İranın raketləri hədəfə çatdı
İsraildən İrana sarsıdıcı zərbə - VİDEO