ABŞ-nin iştirakı ilə İsrail və İran arasında müharibə yeni qaçqın dalğası və artan terror təhlükəsi ilə üzləşəcək Avropa üçün nəticəsiz olmayacaq.
Viral.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.
Onun sözlərinə görə, İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq:
Son Yazılar:
- İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq
- Dövlət katibi ABŞ-nin İranla bağlı təklif və təhdidlərini AÇIQLADI
- Müfəttişlərin İranın nüvə obyektlərinə çıxışı tez bərpa edilməlidir
“Biz nümayişlərə və artan terror təhlükəsinə hazırlaşmalıyıq. Biz Macarıstanın miqrantlar ölkəsinə çevrilməsinə imkan vermədiyimiz üçün daha yaxşı vəziyyətdəyik”.
Orban Yaxın Şərqdəki vəziyyətlə əlaqədar iyunun 22-də Müdafiə Şurasının iclasını çağırdığını bildirib: “Biz Macarıstanda sülhün və təhlükəsizliyin qorunub saxlanmasını təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.
Orban daha əvvəl bəyan edib ki, İranda mövcud hökumətin devrilməsi təkcə bu ölkədə deyil, bütün Yaxın Şərq regionunda vəziyyəti sabitliyi poza bilər. O qeyd edib ki, nə Macarıstan, nə də digər dövlətlər belə inkişafda maraqlı olmamalıdır, çünki bu, dünya bazarlarında neft və qazın qiymətinin kəskin artmasına səbəb olacaq.