AZ

Dəməşqdə dəhşətli TERAKT - Azı 15 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqin şərq hissəsində güclü partlayış qeydə alınıb. Yerli KİV-lərin yaydığı məlumatlara əsasən, partlayış Mar Elias adlı katolik monastırında baş verib.

Musavat.com xəbər verir ki, hazırda hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin terror aktı olma ehtimalları yüksəkdir. İlkin məlumatlara görə, 15 nəfər ölüb, xeyli sayda yaralı var. 

Mar Elias monastırı regionun dini abidələrindən biri kimi tanınır və bu cür hücumun səbəbləri araşdırılır.

 

Seçilən
13
3
musavat.com

3Mənbələr