AZ

Çin studiyaları süni intellektlə Bryus Linin filmlərini yenidən canlandıracaq – Bəziləri narazıdır

Şanxay Beynəlxalq Film Festivalı çərçivəsində bir neçə Çin film studiyası yeni layihə elan edib. Layihəyə əsasən, Bryus Li, Ceki Çan və Cet Li kimi döyüş sənəti ulduzlarının yer aldığı məşhur döyüş filmləri süni intellektin köməyi ilə vizual baxımdan yenilənəcək və daha "müasir" görünüş alacaq.

Far.Az xəbər verir ki, layihə Çin hökuməti tərəfindən maliyyələşdirilir və "100 klassik kung-fu filminin dirçəlişi" adlanır. Ancaq bu, sadəcə olaraq köhnə filmlərin bərpası və görüntü keyfiyyətinin artırılması deyil. Bəzi filmlərin tamamilə yenidən işlənəcəyi və süni intellekt filtrləri ilə transformasiya ediləcəyi gözlənilir.

Məsələn, 1986-cı ildə Con Vunun çəkdiyi "Parlaq gələcək" filminin yeni versiyasının treylerində qəhrəman kiberpank üslubunda yenidən yaradılıb.

Layihə müəllifləri orijinal filmlərin ruhunu qoruyacaqlarını desələr də, klassik filmlərin pərəstişkarları arasında bu ideya birmənalı qarşılanmayıb. Bir çoxları hesab edir ki, Bryus Linin "Qəzəb yumruğu", Ceki Çanın "Sərxoş ustad"ı və Cet Linin "Çində bir dəfə" kimi filmləri öz orijinal görüntüləri ilə də mükəmməl görünür və artıq 4K formatında Blu-ray və ya striminq platformalarında əlçatandır.

Seçilən
4
1
far.az

2Mənbələr