AZ

İranın Nüvə Silahlarının Yayılmasına dair Sazişdən çıxması parlamentin gündəliyinə salına bilər

Bakı. Trend:

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT)çıxması İran parlamentinin gündəliyinə salınması qərara alınıb.

Trend-inməlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik vəxarici siyasət komitəsinin sözçüsü İbrahim Rzayi yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, İran parlamentinin milli təhlükəsizlik vəxarici siyasət komitəsinin əksər üzvləri Nüvə SilahlarınınYayılmaması Sazişində üzvlüyünə yenidən baxılması və İranın busazişə üzvlükdən çıxmasını tələb edirlər.

Rzayi qeyd edib ki, komitə üzvləri Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin funksiyasını sərt şəkildə tənqid edir və bu agentlikləəməkdaşlığın kəsilməsi və yaxud müvəqqəti dayandırılmasınıistəyirlər.

“İran parlamentinin milli təhlükəsizlik və xarici siyasətkomitəsinin üzvləri ABŞ-nin İrana hücumuna qətiyyətli cavabınverilməsinin vacibliyini qeyd ediblər”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Seçilən
11
az.trend.az

1Mənbələr