İsrail Müdafiə Nazirliyi bu gün səhər saatlarında İranın Yəzd bölgəsindəki ballistik raket qurğusuna endirdiyi zərbələrin görüntülərini paylaşıb.
Axar.az xəbər verir ki, İsraildən 2200 km məsafədə yerləşən Yəzd bölgəsin uzaqmənzilli raketlərin saxlanıldığı anbar məhv edilib.
Qeyd edək ki, İsrail ordusu bundan öncə uzaqmənzilli ballistik raketlərin saxlandığı Yəzd bölgəsində İmam Hüseyn Strateji Raket Qüvvələrinin qərargahı ilk dəfə hücum edildiyini açıqlamışdı.