AZ

Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib

Bakı. Trend:

Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldəedilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki,İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbulşəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə QərbiAzərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələilə bağlı ayrıca qətnamə qəbul olunub.

Trend xəbər verirki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasındabildirilib.

Qeyd olunub ki, sözügedən sənədlərdə İƏT üzv dövlətləriErmənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı törədilmişdeportasiya, onların mədəni irsinin dağıdılması və İcmanın qayıdışhüququnun inkar olunmasını qınayır. Üzv dövlətlər Qərbiazərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətləqayıdışına birmənalı dəstək ifadə edirlər. “Hazırkı Ermənistanərazisindən zorla və sistematik şəkildə didərgin salınmışazərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə QərbiAzərbaycan məsələsi İƏT-in gündəliyində əsas mövzulardan biri kimitəsbit olunub və İƏT icra strukturlarına bu mövzu ilə müntəzəməsasda məşğul olmaq tapşırığı verilib.

“Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il İƏT Bancul Zirvəgörüşündə Qərbi Azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra,İƏT Nazirlər Şurasının sözügedən qərarları qəbul etməsi təşkilatınbu məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunu göstərir.

Qərbi Azərbaycan İcması sözügedən qərarların beynəlxalq hüququnvə insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətinbərqərar olunmasına töhfə verəcəyinə inanır. İcma İƏT NazirlərŞurasının bu qərarlarını ürəkdən alqışlayır və bu qərarların qəbuledilməsinə görə İƏT üzv dövlətlərinə təşəkkür edir”,- deyəaçıqlamada vurğulanıb.

Seçilən
29
17
az.trend.az

10Mənbələr