Övladı ilə birlikdə beynəlxalq olimpiadaya qatıldı, sonradan bu olimpiadanın saxta olduğu üzə çıxdı...
Xezerxeber.az xəbər verir ki, hadisə riyaziyyatçı alim Vəfa Məmmədovanın övladının başına gəlib.
O iddia edir ki, övladı Azərbaycanda keçirilən "FİSO" adlı olimpiadada gümüş medal qazandıqdan sonra onlara Dubayda keçiriləcək eyni adlı beynəlxalq riyaziyyat olimpiadasına qoşulmaq təklif olunub. Valideyn yarışmaya qatılmaq üçün "Qlobal Oplimpiad Center" adlı təhsil mərkəzinə 5000 manat məbləğində vəsait ödəyib. Lakin sonra başqa məqamlar üzə çıxıb.
Vəfa Məmmədova iddia edib ki, həmin olimpiadaya Azərbaycandan təxminən 200-ə yaxın şagird və onların valideynləri qatılıb. Yəni yüzlərlə ailə aldadılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.