Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Suriyanın paytaxtı Dəməşqin şərqində yerləşən xristian kilsəsində törədilən terror aktı nəticəsində azı 25 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Bu barədə Oxu.Az "Al Hadath" telekanalına istinadən xəbər verir.
Məlumata görə, partlayıcı qurğu məbədə daxil olan kamikadze tərəfindən işə salınıb.
Hücum xristian əhalinin yaşadığı Duveyla məhəlləsində həyata keçirilib. Polis hadisə baş verən ərazini mühasirəyə alıb, hadisə yerinə təcili yardım maşınları gəlib, yaralılar xəstəxanalara çatdırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.