2025-ci ilin yanvar-may aylarında Azərbaycanda istehsal olunan məhsullar arasında yer alan kolbasa istehsalında azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, hesabat dövründə istehsal olunan kolbasa 11 min 992,4 ton olub.
Ortaya çıxan rəqəmlər onu deməyə əsas verir ki, illik müqayisədə istehsal 33,3 ton və ya 0,27% azalma olub.
Qeyd edək ki, ötən ilin eyni dövründə kolbasa istehsalı 12 min 25,7 ton olub.
2025-ci ilin iyun ayının 1-nə olan hazır məhsul ehtiyatı 45,9 ton təşkil edib.
Sərvanə Rəmixanova