AZ

Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirildi

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.

İyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.

Tədbirdə rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, festivalın xarici qonaqları iştirak ediblər.
Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ənənəvi festivalın gerçəkləşməsində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu vurğulayıb. O, 17-22 iyun tarixlərini əhatə edən muğam bayramının müxtəlif maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.

Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağımızda, işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, builki müsabiqə daha bir neçə istedadlı gənc muğam ifaçısını üzə çıxarıb.

Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb.

Seçilən
5
11
publika.az

10Mənbələr