Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İtaliyanın "Yuventus" komandası klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Mərakeşin "Uidad Kasablanka" klubuna 4:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Filadelfiyada (ABŞ, Pensilvaniya) baş tutub.
"Yuventus"un tərkibində Kenan Yıldız dubla imza atıb, daha bir qolu Duşan Vlahoviç vurub. Digər qol isə avtoqol olub.
Hazırda G qrupuna 6 xalla "Yuventus" başçılıq edir. İngiltərənin "Mançester Siti" və BƏƏ-nin "Əl Ayn" klubları da G qrupunda mübarizə aparır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.