AZ

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün G qrupunda yer alan İtaliyanın "Yuventus” və Mərakeşin "Vidad" komandaları qarşılaşıblar.

Turin təmsilçisi inamlı qələbəyə sevinib  - 4:1.

Qeyd edək ki, G qrupunda II turun növbəti oyununda İngiltərənin "Mançester Siti" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" komandası ilə üz-üzə gələcək.

Klublararası dünya çempionatı
G qrupu
22 iyun

Yuventus - Vidad 4:1
Qollar
: Əbdülmonaim Butul, 6-öz qapısına. Kənan Yıldız, 16; 69. Duşan Vlahoviç, 90+4-pen.  - Tembinkosi Lorç, 25. 

Seçilən
3
1
fanat.az

2Mənbələr